Ordu.az Express.uk saytına istinadən xəbər verir ki, Rusiyalı akademik, Şimali Koreya üzrə ekspert Aleksandr Vorontsov müharibənin yaxınlaşdığını düşünür - ən azından "paronayak" Kimin beynində.
Vorontsov deyir ki, Pxenyan Vaşinqtonun KXDR-ə hücum etməyə hazırlaşdığından əmindir.
"Şimali Koreya əsgərləri müharibənin hər an başlaya biləcəyinə o qədər əmindirlər ki, hətta yatarkən çəkmələrini çıxarmırlar", - deyə o bildirib.
Vorontsov ötən il noyabrın ortalarında Koreyaya ziyarət edib. O, Kimin rəsmilərinin təşviş içində ABŞ-ın Kim Çen Inı devirməyə və KXDR-i məhv etməyə hazırlaşdığını dediklərini xatırlayır.
“Bunlar ağıllı müzakirələrdir. Müsahiblərimin hamısı bildirib ki, KXDR müharibə istəməsə də, müharibədən qaçmayacaq”, - deyə Vorontsov qeyd edir.
Ağalar Ağalarlı
Ordu.az