Tramp: "ABŞ hərbi potensialını sülhü qorumaq üçün gücləndirir"

2018/01/345345_1515668608.jpg
Oxunub: 3764     19:01     11 Yanvar 2018    
“Birləşmiş Ştatlar öz hərbi potensialını müharibə etmək üçün deyil, sülhü qorumaq üçün gücləndirir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

ABŞ prezidenti bildirib ki, bu, onun güc vasitəsilə sülhün təmin edilməsinə prinsipinə uyğun olaraq həyata keçirilən işlərin bir hissəsidir.

“Düşünürəm ki, biz güc vasitəsilə sülhə nail olacağıq. Bizim hərbçilərimiz bu yaxınlarda olduğundan daha güclü olacaq”, - deyə Tramp vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin