Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Fəhlə Partiyasının rəsmi qəzeti “Rodong Sinmun” yazıb.
“Əgər Cənubi Koreya rəhbərləri həqiqətən gərginliyin azalmasını və sülh istəyirlərsə, hər şeydən öncə onlar öz qardaşlarına qarşı olan ABŞ-la birgə hərbi aktları dayandırmalıdırlar. Manevrlər gərginliyin başlıca səbəbidir və Koreya yarımadasını təhlükəli mərhələyə daşıyır.”, - deyə qəzetdə qeyd edilib.
Ağalar Ağalarlı
Ordu.az