Ordu.az xəbər verir ki, bu barədə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.
"Beynəlxalq hərbi oyunlar-2018" tədbirinə hazırlıq çərçivəsində yarışlarda iştirak edəcək itlərin ən önəmliləri alman və qafqaz cinsləridir. Təlimlərə cəlb edilən itlərlə bazanın hərbi qulluqçuları xüsusi hazırlıq sahəsində yaradılan maneələrdə məşq aparırlar.
Gündəlik təlimlərdə kinoloqlar itlərlə xitməti əmrlər və qarovul xidmətinin aparılması məqsədilə normativlərin mənimsənilməsini öyrənirlər. Məşğələlər dəniz səviyyəsindən 1500 m hündürlükdə gecə və gündüz, aşağı temperatur şəraitində aparılır. Mətbuat xidmətindən verilən məlumata görə, "Etibarlı dost" yarışın hərbi dairə üzrə mərhələsi cari ilin yaz ayında hərbi dairənin hərbi hissələrindən birində keçiriləcək.
Alpər Mövludoğlu
Ordu.az