Ukrayna və ABŞ hərbçiləri Odessa sahillərində təlimlər keçirəcəklər

2018/01/26219888_914130475422877_144151303903153666_n345345_1515590841.jpg
Oxunub: 2618     21:31     10 Yanvar 2018    
Bu gün Ukrayna hərbçiləri özlərinin amerikalı həmkarları ilə Odessa sahillərində hərbi təlimlər keçirəcəklər.

Ordu.az Fakty.ua saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.

Təlimlərin yanvarın 8-də Odessa dəniz limanına gələn Amerikanın “Carney” raket esminesinin səfəri çərçivəsində planlaşdırıldığı bildirilir.

Təlimlərin məqsədi müttəfiq ölkənin gəmisi ilə birlikdə və NATO standartları əsasında birgə və qarşılıqlı əməkdaşlıq səviyyəsinin yüksəldilməsidir.

Qeyd edək ki, “Carney” DDG64 esminesi çoxfunksiyalı informativ idarəetmə sistemi “İncis”lə təchiz edilib. Gəmi 90-dan çox raket, o cümlədən qanadlı “Tomahawk” qanadlı raketini daşımağa qadirdir. Gəminin gövdəsinin uzunluğu 154 metrə yaxındır, maksimal sürəti isə 32 dəniz milidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Təlimlər  


Bizi "telegram"da izləyin