Bağdadda İŞİD-ə məxsus silah-sursat ələ keçirilib

2018/01/mortar_shells_vietnam234234_1515583927.jpg
Oxunub: 2022     19:29     10 Yanvar 2018    
Təhlükəsizlik Qüvvələri Bağdadda İŞİD terrorçularının böyük həcmdə partlayıcı qurğularını və minaatanlarını ələ keçirib.

Ordu.az “İraqinews” agentliyinə istinadən xəbər verir ki, bu barədə ordu komandiri məlumat verib.

“Bağdad Əməliyyatları Komandanlığının Qoşunları Bağdadın şimal, cənub və qərbindəki hərbi əməliyyatlar zamanı 25 ədəd bomba, adi üsullarla hazırlanan qumbaralar və 39 ədəd minaatan ələ keçirib”, - deyə komandir bildirib.

Qeyd olunub ki, həmin sursatlar məğlubiyyətə uğradıqdan sonra ərazidən qaçan İŞİD terrorçularından qalıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   İraq   Terror  


Bizi "telegram"da izləyin