Ordu.az Vladtime.ru saytına istinadən xəbər verir ki, ilk S-400 kompleksi ötən il ərzində Feodesiya ətrafında yerləşdirilib.
Yeni S-400 kompleksi isə artıq yanvarın 12-dən etibarən Ukrayna ilə sərhəddi qoruyacaq.
S-400 diviziyasının əsas tapşırğı Ukrayna ilə hava sərhəddinə nəzarət, həmçinin Krım yarımadasına istiqamətlənən bütün potensial təhlükələrin aşkarlanması və məhv edilməsidir.
Qeyd edək ki, yeni S-400 kompleksi eyni anda 72 raketlə 36 rəqibə atəş açmağa qadirdir. S-400-ə daxil olan raketlər orta və uzaq mənzillidir.
Ağalar Qəribov
Ordu.az