KXDR danışıqlarda nüvə silahlarını müzakirə etməyəcək

2018/01/2018-013921INT_ED5_S01-INT_ED6_S01Read-Only4535_1515573861.jpg
Oxunub: 4076     16:42     10 Yanvar 2018    
Son iki il ərzində Cənubi Koreya ilə baş tutan ilk danışıqlardan sonra Şimali Koreya bildirib ki, o Seulla nüvə silahlarını müzakirə etməyəcək.

Ordu.az “independent”ə istinadən xəbər verir ki, KXDR buna səbəb kimi onun nüvə proqramının hədəfinin Seul yox, Vaşinqton olduğunu göstərib.

11 saatlıq danışıqlardan sonra verilən birgə bəyanatda qeyd edilib ki, Şimali Koreya gələn ay Cənubi Koreyada baş tutacaq Qış Olimpiya oyunlarına geniş heyətlə qatılacaq. İki tərəf də mövcud problemləri həll etmək və mümkün bir münaqişənin qarşısını almaq üçün yenidən görüşəcəklərini bildiriblər. Lakin KXDR qəti şəkildə özünün silah proqramlarının müzakirəyə açıq olmadığını qeyd edib.

“Bizim bütün silah proqramlarımız, atom bombası, hidrogen bombası və ballistik raketlər hamısı Birləşmiş Ştatlara hədəflənib. Bu proqramın hədəfində nə bizim qardaşlarımız, nə Çin, nə də Rusiya var. Buna görə də bu Şimali və Cənubi Koreya arasında danışılacaq bir mövzu deyil”, - deyə danışıqlarda iştirak edən KXDR nümayəndə heyətinin rəhbəri Ri Son Quon bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə-silahı  


Bizi "telegram"da izləyin