Ordu.az "Jamanak"a istinadən xəbər verir ki, "Yerkrapah" təşkilatının sədri general Manvel Qriqoryan və deputat Samvel Aleksanyan arasında əlaqələr gərginləşib.
Aleksanyan yaxın vaxtlara qədər "Yerkrapah" təşkilatına ciddi maddi yardımlar göstərsə də hazırda o bu yardımlardan imtina etmək niyyətindədir. Məlumata görə, yardımlar yalnız təşkilat rəhbərliyinə deyilo, onun regional strukturlarına da göndərilib.
Bu barədə Aleksanyanin ciddi şübhələri var ki, Qriqoryan ölən döyüşçü ailələrinə və ehtiyac sahibi keçmiş döyüşçülərə yardımı çatdırmır və onu ehtiyacı olanlarla bölüşmək əvəzinə satış məntəqələrinə göndərir.
Alpər Mövludoğlu
Ordu.az