SQQ İdlibin hərbi aeroportuna yaxınlaşır

2018/01/957-917x516546456_1515567150.jpg
Oxunub: 3676     14:51     10 Yanvar 2018    
İdlibdə bir neçə qəsəbəni azad edən Suriya Quru Qoşunları vilayətin qərbində yerləşən və hal-hazırda terrorçuların nəzarətində olan hərbi aeroporta yaxınlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə orduya yaxın yerli mənbələr məlumat verib.

Məlumatda bildirilir ki, ordu “Ən-Nusra” mövqelərinə yeni hücumlar həyata keçirərək, İdlibin cənub-şərqində daha 11 yaşayış məntəqəsini azad edib. Hal-hazırda əsgərlər Əbu əl-Dohor aviabazasının cəmi 3 kilometrliyindədirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İdlib   SQQ   Terror  


Bizi "telegram"da izləyin