Ordu.az economics.unian.info saytına istinadən xəbər verir ki, bu rəqəm Ukrayna parlamentinin internet saytında dərc olunan 2018-ci il üzrə dövlət büdcəsində göstərilib.
Bunun 1.95 milyard UAH dövlət büdcəsinin əsas fondundan, 0.39 milyard UAH isə özəl fondan xərclənəcək. Xərcləmənin məqsədi müdafiə kompleksində yeni texnologiyaların əldə edilməsi, istehsal imkanlarının artırılmasıdır.
Əlavə edilir ki, Müdafiə Nazirliyinin 2018-ci il üçün büdcəsi 3 milyard dollarla bu vaxta qədər qeydə alınan ən yüksək miqdardır.
Ağalar Ağalarlı
Ordu.az