Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İslamabaddakı Strateji Araşdırmalar İnstitunda çıxış edən Pakistan müdafiə naziri Xürrəm Dəstgir Xan bildirib.
“Pakistanın Təhlükəsizlik Mühitinin Xarakteristikası” mövzusunda seminarda çıxış edən nazir bildirib ki, ABŞ xərclədiyi milyardlara rəğmən uğursuzluğa uğramasında günahkar axtarır və ittiham oyunu oynayır.
“Pakistan verdiyi qurbanlara qiymət qoymaq niyyətində, sadəcə onların tanınmasını və qəbul edilməsini istəyir. Biz Əfqanıstan müharibəsinin Pakistan ərazisində aparılmasına imkan verməyəcəyik”, - deyə o əlavə edib.
O bildirib ki, ABŞ Pakistan-Əfqanıstan sərhədindəki təhlükəsizliyi təmin etməkdənsə, Pakistana qarşı ittiham oyunu ilə məşğul olur.
Qeyd edək ki, iddialara baxmayaraq İslamabaddakı ABŞ səfirliyi bu barədə onlara heç bir məlumatın verilmədiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az