Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məlumata görə müddətli xidmət hərbi qulluqçusuna qarşı irəli sürülən ittihamda bildirilir ki, 2017-ci il iyulun 16-da onun hərbi hissədən özbaşına çıxmasına mane olmamaq üçün komandiri Vağarşak Qazaryana rüşvət verəcəyini vəd edib.
Daha sonra Babayan vəd etdiyi 5 min dram pulu komandirə çatdırması üçün həmin bölüyün müddətli xidmət hərbi qulluqçusu əsgər Qarnik Qalstyana verib.
Bununla da Ermənistan ordusunun hərbi qulluqçuları məhkəmə qarşısına çıxarılıb.
Alpər Mövludoğlu
Ordu.az