Türkiyə XİN Rusiya və İran səfirlərini “xalça üzərinə” dəvət edib

2018/01/51f8f8ac-f33b-496d-bf9b-24f46ce78c54456456_1515564906.jpg
Oxunub: 2520     13:57     10 Yanvar 2018    
Rusiya Federasiyası və İran İslam Respublikasının səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səfirlərin “xalça üzərinə” dəvət edilməsinin səbəbi Suriya hökumət qüvvələrinin deeskalyasiya zonasının yerləşdiyi İdlib vilayətinə daxil olmasıdır.

Türkiyə hökuməti Suriya ordusunun deeskalyasiya zonasının sərhədlərini pozduğunu bəyan edib.

Rəsmi açıqlamada qeyd edilir ki, Türkiyə İran və Rusiyaya Bəşər Əsədə Suriyanın hərbsizləşdirilmiş ərazilərində atəş açmamaqla bağlı xəbərdarlıq etmək barədə çağırış edib.

Qeyd edək ki, rəsmi Dəməşq Türkiyənin narazılığına münasibət bildirirərək İdlib vilayətində “Ən-Nüsra Cəbhəsi” beynəlxalq terror qruplaşmasının əsas hissələrinin yerləşdiyini, Suriya ordusunun isə onları bütövlükdə məhv etmək istədiyini vurğulayıblar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   İran   Suriya  


Bizi "telegram"da izləyin