Papa Fransisk: “Dünyanı Donbasdakı müharibəni unutmamağa səsləyirəm”

2018/01/1514851161691_1515523131.jpg
Oxunub: 3511     02:47     10 Yanvar 2018    
“Beynəlxalq ictimaiyyəti Donbasdakı münaqişəni və onun qurbanlarını unutmamağa səsləyirəm”.

Ordu.az xarici KİV-lərtə istinadən xəbər verir ki, bu barədə Roma Papası Fransisk 183 ölkənin səfirləri ilə görüşündə qeyd edib.

“Həmçinin Ukraynada da körpüləri tikilməsinə dair birgə cəhdlər təxirəsalınmazdır. Ötən il münaqişə yeni qurbanlarla yadda qaldı. Bu münaqişə Ukraynanı kədərə bürüyərək əhaliyə, xüsusən də bu zonalarda yaşayan ailələrə əzab verməyə davam edir”, - deyə Roma papası bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə yaşayan insanlar arasında uşaqlar və qocalar da tez-tez həlak olur, bu isə yolverilməz haldır.

Həmçinin Fransisk diqqəti Birinci Dünya Müharibəsinin bitməsindən 100, Ümumi İnsan Hüquqları bəyannaməsindən 70 il keçməsinə də yönəldib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papa   Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin