Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Armavir" cəzaçəkmə müəssisəsində olan siyasi məhbus, keçmiş döyüşçü Jirayr Sefilyanın bəyanatında bildirib.
O, bəyanatında "Sasna Tsrer" qruplaşmasının iki üzvünün Armen Bilyan və Smbat Barseğyanın, daha sonra onlara qoşulan Arayik Xandoyanın dekabr ayından başladıqları aclıq aksiyasına görə səhhətlərində yaranmış problemlərlə bağlı narahatlıqlarını ifadə edib.
Keçmiş döyüşçü, fəal aktivistlərə müraciət edərək, aclıq aksiyası keçirənlərin həyatlarının təhlükə qarşısında qalmalarına diqqət çəkib.
"Nə gözləyirsiz? İstəyirsiniz ki, "çörək gətirən"in taleyini bunlarda yaşasın və daha sonra əl çalaraq dəfn edəsiz? İndi eyni laqeyd münasibət davam edir. Bu elə də mürəkkəb məsələ deyil ki, hakimiyyətə təzyiq göstərib, onların "Armavir" cəzaçəkmə müəssisəsinə köçürülməsini həll edəsiniz.
Onlar öz hərəkətlər və fəaliyyətləri ilə sübut ediblər ki, əziz sevimli xalqı yolunda həyatlarını qurban verməyə hazırdırlar. Amma bunun qarşılığında nə əldə edirlər?" - deyə Sefilyan etiraz edib.
Alpər Mövludoğlu
Ordu.az