“Suriyada əməliyyatların yenilənməsini istisna etmirəm” - Ərdoğan

2018/01/345345_1515495336.jpg
Oxunub: 4236     18:53     09 Yanvar 2018    
“Suriyada “Fərat qalxanı” əməliyyatının yenilənməsini istisna etmirəm”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədəalət və İnkişaf partiyasının iclasında bəyan edib.

“Əgər Allahın iradəsi olsa, biz Afrin və Manbicdə “Fərat qalxanı” əməliyyatlarını davam etdirəcək”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, ötən ilin ikinci yarısında Türkiyə qoşunları Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatını hayata keçiriblər, o cümlədən Başik yaşayış məntəqəsində hərbi düşərgə yaradılıb. 2017-ci ilin oktyabrında isə Türkiyə ordusu İdlibdə əməliyyatlara başlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Fərat-qalxanı   Türkiyə  


Bizi "telegram"da izləyin