Ordu.az Defensenews.com saytına istinadən xəbər verir ki, Pakistan Hərbi Dəniz Qüvvələri “Harbah” adlı yeni raketi uğurla sınaqdan keçiriblər.
Sınaqlar çərçivəsində “Azmat Block II” layihəsinin “Himmat” layihəsi “Harbah” raketlərinin atışını həyata keçirib. Raket hədəfləri uğurla vurub.
Qeyd edək ki, həm yeni raketin xüsusiyyətləri, həm də sınaqların detalları ictimaiyyət üçün açıqlanmayaraq gizli saxlanır. Lakin buna baxmayaraq “Harbah” gəmisinin “Babur” qanadlı raket ailəsinin növbəti modellərindən biri olmasına dair təxminlər var.
Ağalar Qəribov
Ordu.az