Çin Yaxın Şərqi nəzarət altına götürməyə qərar verib

2018/01/57b32da3c361885e628b461234534_1515481030.jpg
Oxunub: 1520     14:56     09 Yanvar 2018    
Çin özünün ölkə xaricindəki hərbi mövcudluğunu genişləndirmək və Pakistanda hərbi dəniz bazası yaratmaq niyyətindədir.

Ordu.az Kant.kg saytına istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb

Məlumata görə, bu, Çin Hərbi Dəniz Qüvvələriin ölkə xaricindəki ikinci bazası olacaq. İlk bazasının tikintisinə 2016-cı ildə Cibutidə başlanıb. Maraqlıdır ki, Cibutidəki baza ABŞ bazasının yaxınlığında yerləşəir.

Pakistanda tikiləcək baza isə Ərəb dənizində xüsusi strateji mövqeyə malik Hvadar şəhərində yerləşəcək. Bu şəhər Hörmüz körfəzində yerləşməklə dünya ticarəti üçün “qapı” rolunu oynayır.

Hvadar 2017-ci ilin noyabrında 47 il müddətinə Çinin “Chinese Overseas Port Holdings” şirkətinə Çindən gələn kommersiya yüklərinin işlənməsi məqsədilə icarəyə verilib. Bu, Çin-Pakistan iqtisadi dəhlizi və İpək Yolu layihələrində açar halqa hesab olunur.

Çin ekspertlərinin fikrincə, Pakistan limanlarına daxil olan Çin ticarət gəmiləri güc dəstəyinə ehtiyac duyurlər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Pakistan   Cibuti   Hərbi-baza  


Bizi "telegram"da izləyin