Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bəyan edib.
“Mettis və Ondera Şimali Koreyanın məsuliyyətsiz və qeyri-qanuni fəaliyyətini müzakirə ediblər”, - deyə Uayt bildirib.
O əlavə edib ki, nazirlər həmçinin Şimali Koreyanın siyasi kursunun dəyişdirilməsi, Pxenyanın provokasiya və təhdidlərdən çəkinməsi üçün ona təsirin gücləndirilməsi məsələsini də müzakirə ediblər.
“Nazirlər eyni zamanda KXDR-in nüvə və raket proqramından imtinasının mühüm məsələ olması barədə düşüncələrini bölüşüblər”, - deyə Uayt qeyd edib.
Ağalar Qəribov
Ordu.az