Pxenyan və Seul arasında birbaşa danışıqlar baş tutub

2018/01/41355376_303456456_1515478235.jpg
Oxunub: 4460     14:09     09 Yanvar 2018    
Cənubi Koreya və KXDR nümayəndələri arasında son iki il ərzində ilk birbaşa danışıqlar baş tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Yonhap” informasiya agentliyi məlumat yayıb.

Danışıqların nazirliklər səviyyəsində aparıldığı bildirilir. Müzakirə edilən əsas məsələlərdən biri Şimali Koreyanın Pxyonxçandan keçiriləcək Olimpiya oyunlarında mümkün iştirakı olub.

Danışıqlar Bakı vaxtı ilə təxminən saat 5:00 radələrində hərbsizləşdirilmiş ərazidə yerləşən “Sülh evi” adlandırılan Pxanmunçjon məntəqəsində baş tutub..

Qeyd edək ki, danışıqlar qapalı şəkildə aparılıb.

Şimali Koreyanı “Sülh evi”ndə Vətənin Sülh Birliyi üzrə komitənin sədri Li Son Xvon, Cənubi Koreyanı isə milli birləşmə işləri üzrə nazir Ço Çyon Gyun təmsil edib.

Xatırladaq ki, daha öncə danışıqlarda Koreya yarımadasında gərginliyin deeskalyasiyası məsələsinin də müzakirə ediləcəyi bildirilirdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Danışıqlar   Pxyonxçan  


Bizi "telegram"da izləyin