Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqlar Müşahidə Qrupu məlumat yayıb.
Məlumatda bildirilir ki, noyabrın 22-dən etibarən aparılan əməliyyatlar nəticəsində terrorçuların mövqeləri xeyli geri çəkilib.
Azad edilən 103 yaşayış məntəqəsinin içində Sincar, Sara, Səriyədəki terrorçuların əsas sığınacaqlarının yerləşdiyi kənd və qəsəbələr də var.
Ordunun mühəndis dəstələri hal-hazırda azad edilən ərazilərdəki bombaları və minaları zərərsizləşdirmə tədbirləri görürlər.
Ağalar Ağalarlı
Ordu.az