Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İslamabad ilə Vaşinqton arasındakı diplomatik gərginliyin artması Pakistanı belə bir cavab tədbiri görməyə təşviq edə bilər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvarın birində İslamabadı ABŞ-ın milyardlarla yardımına baxmayaraq hələ də terrorçulara təhlükəsiz ərazi təmin etməkdə ittiham edib. Buna görə də Pakistana hərbi sursat və təhlükəsizlik yardımlarının dondurulduğu bildirib.
Pakistanın isə cavab olaraq ABŞ-ın Əfqanıstandakı əsgərlərə yardım xətlərini bağlamağı müzakirə etdiyi, lakin qərarın hələki verilmədiyi bildirilir.
Qeyd edək ki, 2001-ci ildən etibarən Əfqanıstanda fəaliyyət göstərən ABŞ qoşunlarına 17 ildir ki, Pakistan vasitəsilə hərbi silah-sursat və ərzaq tədarükü edilir.
Ağalar Ağalarlı
Ordu.az