Suriya ordusu mühasirədə olan əsgərləri azad edib

2018/01/5482353684854_1515412727.jpg
Oxunub: 3535     19:46     08 Yanvar 2018    
Hökumət qüvvələri Dəməşqin yaxınlığındakı bir hərbi bazanı blokadaya alan qiyamçıları dəf edərək mühasirədəki əsgərlərlə əlaqəni təmin ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə dövlət televiziyası “əl-İxbariyə” bildirib.

Məlumatda bildirilir ki, Suriya ordusu qiyamçıların müqavimətini qıraraq Qutanın şərqindəki Harasta yaxınlığında yerləşən “Mürəkəbat” nəqliyyat bazasında sıxışdırılmış əsgərlərlə əlaqəni bərpa edib.

Britaniyada yerləşən Suriya İnsan Hüquqlar Müşahidə Qrupu da məlumatı təsdiqləyib.

Qeyd edək ki, qiyamçılar 8 gündür ki, mühasirəyə alınan bazada olan naməlum sayda əsgər pusquya salınıb. Qiyamçılar bildirirdi ki, onlar xeyli sayda əsgəri əsir götürüb. Qeyd edilən Müşahidə Qrupu isə dekabrın 29-dan davam edən döyüşlərdə 159 nəfər qiyamçının və ordu əsgərinin həlak olduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Quta   Dəməşq  


Bizi "telegram"da izləyin