Liviya hökuməti: “Ölkənin qərbində hərbi əməliyyatlar başa çatıb”

2018/01/fe578ff5-4664-4295-b11a-e1fd625442be435345_1515400990.jpg
Oxunub: 1820     16:41     08 Yanvar 2018    
Bir neçə gün əvvəl Liviyanın qərbindəki təhdidlərə və qaçaqmalçılığa qarşı başladılan hərbi əməliyyatlar başa çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Liviya hökuməti bəyanat yayıb.

“Milli Birlik Hökumətinin Prezidentlik Şurası Əbu-Kəmmaş bölgəsi və ətrafındakı bütün hərbi əməliyyatların sona çatdığını elan edir. Tunis sərhədinin nəzarəti səlahiyyətli hökumət orqanlarına təhvil verilib”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Liviya hökuməti ötən həftə cümə günündən etibarən ölkənin qərbindəki təhdidlərə, qanunsuz yanacaq və miqrant qaçaqmalçılığı edən şəbəkəyə qarşı hərbi əməliyyatlar aparırdı.

Şənbə günü isə hökumət qüvvələri və Züvəra bələdiyyə şurası bölgədəki bütün hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəliblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liviya   İŞİD   Terror  


Bizi "telegram"da izləyin