Suriya qoşunları Əbu-Duhur aerodromuna yaxınlaşırlar

2018/01/69_1515397492.jpg
Oxunub: 1963     15:45     08 Yanvar 2018    
Suriya ordusu xalq müqavimət qüvvələrinin dəstəyi ilə dünən İdlib vilayətinin cənub-şərqində Səncər yaşayış məntəqəsindən terrorçuları çıxarmağa müvəffəq olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, bununla da Suriya qoşunu Əbu-Duhur aerodromuna gedən yolda mühüm strateji məntəqədə nəzarəti bərpa edib.

Hazırda qoşunların aviabazadan 17 kilometr məsafədə olduqları bildirilir.

Qeyd edək ki, aerodrom üzərində nəzarət 2014-cü ildə itirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib  


Bizi "telegram"da izləyin