Ordu.az xəbər verir ki, bu barədə “BuzzFeed” portalı məlumat yayıb.
Məlumata görə, həmin müddət ərzində həmçinin ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerlə Rusiya prezidentinin köməkçisi Vladislav Surkov arasında danışıqların növbəti mərhələsi planlaşdırılıb. Bu barədə Volker özü ötən ilin dekabrında jurnalistlərə məlumat verərək Rusiyadan olan həmkarına yanvar ayında görüşmək təklif edib.
Qeyd edək ki, Ryabkov və Şennon arasında öncəki görüş 2017-ci il sentyabrın 11-12-də Helsinkidə baş tutub. Tərəflər həmin vaxt razılığa gələ bilməyiblər.
Yanvar-fevral aylarında baş tutacaq görüşün əsas mövzusu isə yaxın və orta mənzilli raketlərin məhv edilməsi barədə müqaviləyə dair danışıqlar olacaq.
Ağalar Qəribov
Ordu.az