Ordu.az xəbər verir ki, bu barədə “BuzzFeed” portalı adı açıqlanmayan Amerika və Avropa səlahiyyətli şəxslərinə istinadən məlumat yayıb.
“Bu ay ərzində Bakıda – Azərbaycanda Avropadakı Birləşmiş Silahlı Qüvvələrin baş komandanı, general Körtis Skaparrotti Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Valeri Gerasimov görüşməlidirlər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu, 2013-cü ildə ABŞ eks-prezidenti Barak Obama administrasiyasının NATO Birləşmiş Silahlı Qüvvələri rəhbəri və onun rusiyalı həmkarı arasında əlaqələri qadağan etməsindən sonra keçirilən ilk belə görüş olacaq. Bunu Skaparrottinin xələfi Filipp Bridlav da təsdiq edib.
Xatırladaq ki, ötən ilin oktyabrında NATO Hərbi Komitəsinin sədri, çex generalı Petr Pavel Vaşinqtonda jurnalistlərə Rusiya və NATO-nun münasibətlərin bərpası istiqamətində ilk addımları ata bildiklərini bildirib.
O əmin edib ki, Alyans Moskva ilə siyasi və hərbi əlaqələrin bərpasına nail olmaq istəyir. Pavel, artıq Gerasimovla görüşdüyünü vurğulayıb. Həmin vaxt o həmçinin NATO-da Gerasimovla Skaparrottinin görüşünü gözlədiklərini qeyd edib.
Ağalar Qəribov
Ordu.az