Kim Çen In: "Koreya xalqlarının səylərinin birləşdirilməsi vaxtı çatıb"

2018/01/4627360234324_1515315323.jpg
Oxunub: 4311     16:53     07 Yanvar 2018    
KXDR lideri Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılmasına dair tapşırıqlar verib.

Ordu.az "TASS"a istinadən xəbər verir ki, bu barədə KXDR lideri xalqa müraciəti zamanı bildirib.

Qeyd edib ki, Koreya yarımadasında gərginliyə son qoymaq üçün Koreya xalqlarının səylərinin birləşdirilməsi vaxtı çatıb.

"Söhbət tək KXDR-Cənubi Koreya münasibətlərinin yaxşılaşdırılmasından getmir, söhbət həmçinin millətin barışığından, onun könüllü birləşməsindən gedir", - deyə KXDR Mərkəzi Televiziyasının hazırladığı materialda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Koreya-böhranı  


Bizi "telegram"da izləyin