Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Hrazdan şəhərinin Mikrorayon məhəlləsinin sakini 19 yaşlı erməni əsgər Parqev Saribekyan ölüb.
Erməni əsgər Hrazdan tibb mərkəzinə yanvarın 2-də köçürülüb. Həmin gün saat 19:10 radələrində Saribekyan Hrazdan şəhərinin Mikrorayon məhəlləsinin 27-ci binasının yaxınlığında idarə etdiyi "Mercedes" markalı 34 MV 682 nömrəli avtomobillə zolaqdan çıxaraq ağacla toqquşub.
Qəza nəticəsində, Saribekyan və sərnişin 18 yaşlı Edqar Xaçatryan müxtəlif bədən xəsarətləri ilə Hrazdan tibb mərkəzinə köçürülüblər.
Məlumata görə, Saribekyan əsgər olub və qanuni əsaslarla məzuniyyətə buraxılıb.
Alpər Mövludoğlu
Ordu.az