Erməni əsgər anası: "Oğlumun bir gözünün çıxarılmasından xəbəri yoxdur"

2018/01/5551851622222_1515261138.jpg
Oxunub: 2636     01:52     07 Yanvar 2018    
2017-ci il noyabrın 21-də Qarabağda mina partlayışı nəticəsində yaralanmış erməni əsgəri Narek Hoveyan əməliyyat olunacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni əsgərin anası Seda Quqasyan bildirib.

O, bildirib ki, hazırda Narek Hoveyan ev şəraitində müalicə olunur. Gözünə daim dərman damcıları vurulur. Bir gözünün çıxarıldığından xəbəri yoxdur. Digər gözünün isə görmə qabiliyyətinin bərpa olunacağına ümid edirlər.

Xatırladaq ki, 21 noyabr saat 18:35 radələrində işğal altında olan Qarabağda yerləşən qondarma qurumun hərbi hissələrindən birində baş vermiş mina partlayışı nəticəsində 3 hərbi qulluqçu ölüb, 1 hərbi qulluqçu isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin