SIPRI: Dünya ölkələrinin hərbi xərcləri - İlk onluq

2018/01/biggest-military-spenders-ann-wb234_1515258199.jpg
Oxunub: 4233     01:02     07 Yanvar 2018    
Birləşmiş Ştatlar illərdir ki, hərbi xərcləmələrə dominantlıq edir. Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Hindistan isə sonrakı dörd yeri tutur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitunun (SIPRI) ötən ilki hesabatında qeyd olunub.

Maraqlısı odur ki, hərbi xərclərin adambaşına düşən miqdarına, və ya ölkənin ümumi büdcəsindəki payına görə ABŞ İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələrdən geridə qalır.

Qlobal müdafiə xərcləri 2016-cı ildə 1.69 trilyon dollara çatıb. Siyahının başında gələn ABŞ hərbi xərclərini 2015-ci ilə nəzərən 1.7 faiz artıraraq 611 dollara çatdırıb. Buna baxmayaraq bu rəqəm 2010-cu ildəki ən yüksək dövründən yenə də azdır.

Öz müdafiə xərclərini ən çox artıran ölkə Çindir. Hərbi xərcləri 118% artıran Çinin 2016-cı il üzrə hərbi büdcəsi 215 milyard dollar olub. Bu mənada Çin regionun ikinci dövləti olan Hindistanı 4 dəfə üstələyir. Belə ki, Hindistanın ümumi hərbi büdcəsi 2016-cı ildə 56 milyard dollar təşkil edib. Hindistan bu göstəriciyə görə dünyada 5-cidir.

Orduya ən çox pul xərcləyən üçüncü dövlət Rusiyadır. Onun illik müdafiə büdcəsi 69 milyard dollardır.

2016-cı ildə 63 milyard dollar müdafiə büdcəsi ayıran Səudiyyə Ərəbistanı regionun lider, dünyanın isə 4-cü dövləti olub. 2002-ci ildən başlayaraq hərbi xərclərini artıran Səudiyyə Ərəbistanının 2016-cı ildəki müdafiə büdcəsi 2015-ci ilə nisbətdə 30 % azdır.

Fransa 55 milyard dollar müdafiə büdcəsilə Avropada birinci, dünyada isə altıncıdır. Siyahıda onu izləyən Böyük Britaniya və Almaniya isə uyğun olaraq 7-ci, 8-ci yerləri bölüşürlər.

Almaniya 2016-cı ildə kansler Angela Merkelin səyləri nəticəsində hərbi xərclərini 2.9 azaldaraq, 41 milyard dollara endirib.

Çin və Şimali Koreya ilə münasibətlərində gərginliyin artdığı müşahidə edilən Yaponiya və Cənubi Koreya siyahıdakı ilk onluğun son ölkələridir.

1.69 trilyon dollarlıq ümumi müdafiə xərcləri qlobal ümumi daxili məhsulun 2.2%-ni təşkil edir. Eyni zamanda bu, dünya əhalisinin adambaşına düşən 227 dollar xərc deməkdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SIPRI   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin