ABŞ və Cənubi Koreya müdafiə nazirləri KXDR problemini müzakirə ediblər

2018/01/11r-8345345_1515235913.jpg
Oxunub: 3740     18:49     06 Yanvar 2018    
Koreya Respublikası və ABŞ-ın müdafiə nazirləri Son Yon Mu və Ceyms Mettis telefon danışığı ilə Koreya yarımadasındakı vəziyyəti və onun nüvəsiz statusu barədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Son Yon Mu ABŞ-a sıx əməkdaşlıq şəraitində mümkün tədbirlər vasitəsilə KXDR-in nüvə probleminin sülhlə həll edilməsi mövzusunda Cənubi Koreya rəhbərliyinin mövqeyini bildirib”, - deyə məlumatda qeyd olunur.

Pentaqon rəhbəri isə öz növbəsində ABŞ-ın Cənubi Koreyanın təhlükəsizliyi ilə bağlı öz öhdəliklərini yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Danışıqlar  


Bizi "telegram"da izləyin