“Suriyada siyasi tənzimlənmədə iştirak etmək niyyətindəyik” - Makron

2018/01/Emmanuel-Makron3456345_1515224405.jpg
Oxunub: 3256     15:37     06 Yanvar 2018    
“Paris Suriya böhranının uzunmüddətli tənzimlənməsinə nail olmaq üzərində işləməyə hazırdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqların nəticəsindən bəhs edərkən bildirib.

Fransa prezidenti qeyd edib ki, Suriya mövzusu Türkiyə prezidenti ilə danışıqların gündəmində olub.

“İndi Suriyada sülh və stabillik yaratmaq vacibdir. İstərdim ki, biz bu məsələ üzrə birgə işləyək və Suriyada böhranın uzunmüddətli həlli üçün yardım göstərək”, - deyə Makron bildirib.

O həmçinin Astana formatının Suriyada böhranın tənzimlənməsinə faydalı olmasını və hərbi deeskalyasiya zonalarının yaradılmasında bu prosesinin rolunu yüksək qiymətləndirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Fransa  


Bizi "telegram"da izləyin