Erməni qadına cinsi təcavüz edən hərbi polis əməkdası həbs edilib

2018/01/photo_30315345_1515161547.jpg
Oxunub: 4982     22:42     05 Yanvar 2018    
Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda, düşmən ordusunun hərbi polisində sürücü kimi xidmət edən Sevek adlı şəxs idarə etdiyi “Priora” markalı xidməti avtomobildə Çartar yaşayış məntəqəsində yaşayan, 1991-ci il təvəllüdlü Marine Melkumyanı cinsi istismar etdiyi zaman saxlanılıb.

Ordu.az xəbər verir ki, hərbi polisin rəhbərliyi hadisəni ört-basdır etməyə calışsa da M.Melkumyanıın şikayətindən sonra araşdırma başlayıb. Hadisə dekabrın 28-də erməni qadının ad günündə baş verib.

O da bildirilir ki, Ağdərədə yerləşdirilən işğalçı ordunun hərbi hissəsində Marine tibb xidməti zabiti Yegoryan tərfindən tibbi ekspertizadan keçirilib və fakt öz təsdiqini tapıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Zorlama  


Bizi "telegram"da izləyin