Ordu.az NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, 16 və 17 yanvar tarixlərində NATO-nun Brüsseldəki qərargahında baş tutacaq Müdafiə Nazirlərinin sessiyasında NATO-nun ən yüksək hərbi orqanı olan Hərbi Komitənin görüşü keçiriləcək.
Görüşü Hərbi Komitənin baş katibi Petr Pavel idarə edəcək. Müdafiə Nazirləri NATO-nun cənub qanadındakı çətin təhlükəsizlik şəraitini və ittifaqın bu vəziyyətə verə biləcəyi dəstəyi müzakirə edəcəklər. Nazirlər Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasını da nəzərdən keçirəcək və daha geniş regionu müzakirəyə qoyacaqlar.
Ağalar Ağalarlı
Ordu.az