“Time”: Trampın planları raket razılaşmasının şərtlərini pozacaq

2018/01/1515053175_orig-1515033971c4191a167d021d74c5ffb087ae99ffa634534_1515054913.jpeg
Oxunub: 1848     16:32     04 Yanvar 2018    
Bir sıra ekspertlər hesab edir ki, ABŞ prezidenti Donald Tramp orta və yaxın mənzilli raketlərin məhv edilməsinə dair Razılaşmanın şərtlərini pozan raketin yaradılması planını təsdiq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Time” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Trampın yeni milli müdafiə büdcəsinə istinadən imzaladığı yeni yer bazalı mobil qanadlı raket layihəsinin yaradılmasına dair qanun layihəsinə 25 milyon dollar vəsait ayrılmalıdır.

Nüvə silahları üzrə ekspert Stiven Svartsın fikrincə, bu raketin yaradılması orta və yaxın mənzilli raketlərin məhv edilməsinə dair Razılaşmanın şərtlərini pozur.

Silahlanma üzrə nəzarətə dair silahsızlaşdırma və təhlükə səviyyəsinin endirilməsi Assosiasiyasının direktoru Kinqston Reyf də həmkarı ilə razılaşaraq bildirir ki, Rusiya buna rəsmi şəkildə razılaşmanın denonsasiyası (etibarsız elan etmə - red.) ilə cavab verəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Raket-razılaşması  


Bizi "telegram"da izləyin