Ağ Ev: Amerikalılar Kim Çen Inın psixi vəziyyətinə görə narahat olmalıdırlar

2018/01/d181d0b5d183d0bb345_1515048118.jpg
Oxunub: 4146     14:39     04 Yanvar 2018    
“ABŞ vətədaşları heç bir halda ABŞ prezidenti Donald Trampın deyil, KXDR lideri Kim Çen Inın psixi vəziyyətinə görə narahat olmalıdırlar”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün mütəmadi brifinqdə bəyan edib.

“Bu ölkənin (ABŞ-ın – red.) insanları Şimali Koreya liderinin psixi vəziyyətinə görə narahat olmalıdırlar. O, son illər ərzində xeyli sayda raketləri sınaqdan keçirərək təhdidlər irəli sürüb. Bizim prezidentimiz qorxmayacaq, özünü zəif göstərməyəcək və söz verdiyini edəcək: amerikalıları qoruyacaq”, - deyə Sanders jurnalistlərdən birinin Trampın nüvə düyməsinin Kim Çen Indakından böyük olması ilə bağlı söylədiyi fikirləri əsas gətirərək “ABŞ prezidentinin psixi vəziyyətinə görə narahat olmağa dəyərmi?” sualına cavab verərkən bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin