Aprel döyüşlərində Tərtər rayonunun Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə başından ağır qəlpə yarası alan tankçımız, Goranboy rayonundan olan "Rembo" ləqəbli Razi Cavadov ötən gün müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə yola salınıb.
Ordu.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənovun göstərişi və şəxsi qayğısı nəticəsində Razi Cavadovun müalicəsinin davam etdirilməsi və müvafiq prosedurların həyata keçirilməsi üçün onun Gülhanə hospitalına göndərilməsinə qərar verilib.
Xatırladaq ki, aprel döyüşlərində başından ağır yaralanan Razi Cavadov 40 gündən çox koma vəziyyətində olub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Aprel-döyüşləri
Razi-Cavadov
MN