Ermənistan ordusunda itki, yaralanma, fərarilik və oğurluq hadisələri – AYLIQ HESABAT

2017/12/1500297442_1491831450herb_149924266945645645_150951915834534_1512026483324234_1514736314.jpg
Oxunub: 3364     00:04     01 Yanvar 2018    
Ordu.az 2017-ci ilin dekabrın 1-dən 31-ə kimi Ermənistan ordusunda qeydə alınan itki, xəsarət, özünəqəsd, fərarilik və oğurluq faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Dekabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 2 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i güllələnmə, 1-i F1 əl qumbarasının partlaması nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə silahla davranma qaydalarının pozulması, döyülmə, hərbi hissədə partlayış və qəza hadisələrdə ən azı 12 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 4 fərarilik, 1 oğurluq faktı da aşklarlanıb.

7 dekabr

Saat 09:00 radələrində Loru vilayətində hərbçilərin iştirakı ilə avtomobil qəzası baş verib. Vanadzor-Dilican yolunda 34 TC 371 dövlət nömrə nişanlı Ford markalı avtomobilin sürücüsü idarəetməni itirməsi nəticəsində, avtomobil yolun hərəkət hissəsindən çıxaraq elektrik ağac dirəyinə çırpılıb və aşaraq yaxınlıqdakı binaların bağına düşüb.

Məlumata görə, xəsarət alanlar Vanadzor xəstəxanasına təxliyyə edilib. Hadisə yerində araşdırma aparan hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, qəza zamanı yaralanan yaralanan hərbi qulluqçuların biri mayor, digəri isə kapitan olub.

8 dekabr

Ermənistan ordusunun hərbi hissələrindən birində 780 min dram dəyərində külli miqdarda oğurluqda ittiham olunan əşya xidmətinin rəisi A.Rafiq adlı zabit haqqında 600 min dram cərimə cəzası verilib.

İttihama görə A.Rafiq 2015-ci ilin avqust ayından 2017-ci ilin yanvar ayınadək hərbi hissənin əşya anbarından külli miqdarda əmlak mənimsəyib. O, Sünik vilayət məhkəməsində öz günahını etiraf edib və cərimə ödənilməsi cəzasına məhkum edilib.

10 dekabr

Tavuş vilayətinin Noyemberyan rayonun sərhəd kəndlərindən birində yaşayan 38 yaşlı kənd sakini polisə müraciət edərək bildirib ki, 2017-ci il dekabrın 10-da kənd sakinlərindən biri 14 yaşlı qıza təcavüz edib.

Araşdırmalar nəticəsində məlum olub ki, 14 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən şəxs İcevan şəhərinin sərhədyanı kəndlərindən birinin sakini, müqaviləli hərbi qulluqçudur.

Həmin gün saat 13:00 radələrində Ermənistanın Tavuş vilayətinin İcevan şəhərində 21 yaşlı Arsen Kirakosyan idarə etdiyi motosikletlə şəhərin 51 yaşlı sakini Svetlana Beqlaryanı vurub.

Qəza nəticəsində xəsarət alan şəhər sakini xəstəxanaya aparılsa da, orada ölüb. Kirakosyanın isə, müxtəlif bədən xəsarətləri alaraq hərbi hospitallardan birinə yerləşdirildiyi bildirilir. Əldə edilən məlumata görə, 21 yaşlı Kirakosyan Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusudur.

11 dekabr

İşğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşən Ermənistan ordusunun bölmələrindən birində qarşılıqlı nizamnamə münasibətlərinin pozulmasına görə həbs olunan hərbi qulluqçular David Bağikyan, Aşot Qantarcan və kiçik çavuş Aşot Gevorkyan barəsində cinayət işi açılıb. Hərbi qulluqçu Zakaryan isə kobud intizam pozuntusuna yol verdiyi üçün həbs edilib.

İşğal altında olan Madagiz yaşayış məntəqəsindəki Ermənistan ordusunun bölmələrindən birində hərbçilər Arutunyan və Danagyan arasında baş verən münaqişə sonradan davaya səbəb olub. Nəticədə hər iki hərbi qulluqçu müxtəlif bədən xəsarətləri alıb.

Sosial şəbəkədə yayılan başqa bir məlumatda isə deyilir ki, Ağdərə yaşayış məntəqəsində yerləşən işğalçı düşmən ordusunun hərbi qulluqçusu Artyom Sarkisyan feldşer kursuna göndərilib. Lakin orada baş vermiş kütləvi davada iştirak etdiyinə görə kursdan xaric edilərək xidmətini davam etdirmək üçün ön xətt bölmələrindən birinə təyin edilib.

Ermənistan ordusu tərəfindən işğal olunmuş Madagiz yaşayış məntəqəsində yerləşən düşmən ordusunun hərbi hissələrindən birində qulluq edən hərbçi məzuniyyətdə olarkən polis tərəfindən həbs edilib. Hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilən, ikinci taborun hərbi qulluqçusu Rafael Barsamyan İrəvan şəhərində həbs edilib. Sonradan məlum olub ki, R.Barsamyan hərbi xidmətə çağırılmamışdan öncə törətdiyi cinayətə görə polis tərəfindən axtarışda olub.

Son vaxtlar ön xətdə döyüş növbətçiliyinin aparılması qaydalarının pozulmasına görə Ermənistan ordusunda cinayət məsuliyyətinə cəlb olunanların da sayı artmaqdadır. Bu günlərdə məlum olub ki, işğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşən düşmən ordusu bölmələrindən birinin zabiti Yervand Xaçatryan həbs edilib. Onun döyüş növbətçiliyinin aparılması qaydalarını pozduğuna görə saxlanıldığı və barəsində cinayət işi açıldığı bildirilir.

İşğal altında olan Qarabağda döyüş mövqelərində əsgər Narek Adibekyanın öldürülüb. Belə ki, Adıbekyanın Xaçatryanın valideynlərinə qarşı təhqiramiz ifadələr işlətməsi mübahisəni daha da qızışdırıb. Xaçatryan ona təhkim edilmiş silahla Adıbekyan istiqamətinə atəş açıb. Sonuncu bədəninin müxtəlif nahiyələrindən aldığı yaralar nəticəsində ölüb. Xaçatryan həbs edilib.

Həmin gün Ermənistan ordusunun hərbi avtomobili qəza törədib. Saat 13:30-da Ermənistanın Lori vilayətinin Vanadzor şəhərində, 29 yaşlı Samvel Maralyanın idarə etdiyi UAZ-31512 markalı avtomobil və Harpat kənd sakini 31 yaşlı Artur Avetisyanın idarə etdiyi Volkswagen Passat markalı avtomobillər toqquşub. Nəticədə Volkswagen Passat markalı avtomobilin sərnişini 60 yaşlı Arpik Dəlləkyan bədən xəsarətləri Vanadzor xəstəxənasına yerləşdirilib.

Məlumata görə UAZ-31512 markalı avtomobil Ermənistan müdafiə nazirliyinə aid olduğuna görə toplanmış materillar Vanadzor şəhər hərbi polis şöbəsinə təhvil verilib. UAZ-ın sürücüsü Samvel Maralyan Tavuş hərbi polis şöbəsində işləyir.

13 dekabr

Ermənistan müdafiə nazirliyinin tank daşıyan kolonu qəza törədib. Saat 18:20 radələrində İrəvan şəhərində 28 yaşlı İrəvan sakini Vahe Hovannisyanın idarə etdiyi "Nİssan" markalı avtomobil və Armavir vilayət sakini 55 yaşlı Rudik Xaçatryanın idarə etdiyi Ermənistan müdafiə nazirliyinə məxsus "Hino" markalı tank daşıyan yedəkçisi qəza törədib.

19 dekabr

Təhlükəsizlik qaydalarını pozan iki erməni hərbçi yaralanıb. Düşmən ordusunun Azərbaycanın işğal olunmuş Madagiz yaşayış məntəqəsində yerləşən bölmələrindən birində təhlükəsizlik qaydalarının pozulması nəticəsində iki hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Post başçısı kiçik çavuş Artur Köçaryan və artilleriya divizionunun hərbi qulluqçusu Armen Qriqoryan aldıqları travma səbəbindən hərbi hospitala yerləşdiriliblər.

İşğal altında olan Dağlıq Qarabağın Hadrut yaşayış məntəqəsində yerləşən Ermənistan ordusunun hərbi hissələrindən birində ölümlə nəticələnən qanlı hadisə baş verib. Uzunmüddətli atəş nöqtəsinin daxilində (DZOT) erməni hərbi qulluqçusunun əlində F1 əl qumbarası partlayıb.

Partlama nəticəsində kəşfiyyat bölüyünün bir əsgəri yerindəcə ölüb. 2016-cı ildə Şaumyan hərbi komissarlığından xidmətə çağırılan Qurqen Gülbandyan, 2017-ci ildə Gümrü hərbi komissarlığından çağırılan David Sarkisyan və David Martirosyan isə ağır yaralandıqları üçün hərbi hospitala təxliyyə olunublar. Ölən əsgərin isə adı gizlədilir. Araşdırma aparmaq məqsədilə hadisə yerinə komissiya göndərilib.

Düşmən ordusunun Armen adlı zabiti və Miran adlı əsgəri xidmətdən yayınmaq məqsədilə döyüş mövqeyini tərk ediblər.

Azərbaycanın Ağdərə yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun bölmələrindən birində isə hərbi hissənin tibb məntəqəsindən çıxarılaraq döyüş mövqeyinə təyin edilən Sergey Asatryan da posta qalxmaqdan imtina edərək xidmət yerini özbaşına tərk edib.

Başqa bir bölüyün əsgəri Armen Vaçoyan isə məzuniyyətdən geri qayıtmayıb. Hərbi xidmətdən yayınan hərbçilər barədə axtarış elan edilib, barələrində cinayət işi açılıb.

Daha bir hadisə Azərbaycanın Hadrut yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun bölmələrindən birində qeydə alınıb. Belə ki, Tiqran Qasparyan adlı erməni əsgər xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Onurğa sütunundan zədə alan hərbi qulluqçu T.Qasparyanın vəziyyəti ağırlaşdığından Xankəndindəki hərbi hospitala yerləşdirilib. Bu hadisə həmişə olduğu kimi yenə də Ermənistan müdafiə nazirliyi tərəfindən ictimaiyyətdən gizlədilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   İtki   Fərarilik   Yaralanma  


Bizi "telegram"da izləyin