Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölən erməni əsgərin atası Qaqik Abovyan Sarkisyan hakimiyyətinin onlarla maraqlanmadığını, bərbad vəziyyətdə yaşadıqları barədə şikayətlənib.
O, Sarkisyan tərəfindən oğlunun ölümündən sonra verilən medalı göstərərək deyir: “Oğlum yanımda olmadıqdan sonra, bu mənim nəyimə lazımdır. Yaşadığımız ev yarımtikili vəziyyətdədir. Təmirə ehtiyacı var, ancaq maddi imkanımız yoxdur".
Qaqik Abovyan deyib ki, müvafiq qurumlardan gəlib baxib yaziblar, ancaq bugünədək heç bir iş görülməyib. Məlumata görə, ölən erməni əsgərinin atası xəstədir, anası isə işləmək məqsədilə İrəvanda müvəqqəti yaşayır. Atası deyir ki, iş yoxdur, bekar qalmışıq. O, baş vermiş hadisənin ağrısını tək yaşadığını və heç kimin bunu hiss etmədiyini qeyd edərək laqeyd münasibətdən şikayətlənib.
Xatırladaq ki, 2016-ci il dekabrın 29-da Tavuş vilayətinin sərhədyanı Çinari kəndinin yaxınlığındakı mövqelərdən, bölmələrimizə qarşı təxribat törətməyə cəhd edən Stepanavan şəhər sakini hərbi qulluqçu Erik Abovyan Milli Qəhrəman Çingiz Qurbanov tərəfindən məhv edilib.
Ordu.az