Ermənistanda daha bir keçmiş döyüşçü aclıq aksiyası elan etdi

2017/12/69547_b546456_1514624024.jpg
Oxunub: 463     16:51     30 Dekabr 2017    
Ermənistanda “Sasna Tsrer” qruplaşmasının üzvü, keçmiş döyüşçü, siyasi məhbus Arayik Xandoyan aclıq aksiyası elan edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni mətbuatına “Təsisçi parlament” hərəkatının mətbuat xidmətinin rəhbəri Syuzan Simonyan bildirib.

“Arayik Xandoyan məlumat verildiyi kimi, cəza kamerasına yerləşdirilib. Köçürülmə anında o, aclıq aksiyası elan edib. Bununla da ona qarşı təqib və təzyiqlərə etirazını bildirir. Həmçinin aclıq aksiyasını davam etdirən Armen Bilyan və Smbat Barseğyana həmrəyliyini nümayiş etdirir”, - deyə o bildirib.

Qeyd edək ki, sonuncu 2 nəfər artıq 10 gündən çoxdur ki, aclıq aksiyası keçirirlər. Onlar aclıq aksiyası keçirənlər üçün nəzərdə tutulmuş kameralara yox, natəmizlik və qeyri-insani şərait hökm sürən başqa cəza kameralarına yerləşdiriliblər. Smbat Barseğyan və Armen Bilyan tələb edir ki, onları Armavir cəzaçəkmə müəssisəsinə köçürsünlər.

Ancaq əsassız səbəblərlə Nubaraşen cəzaçəkmə müəssisəsinin rəhbərliyi məsələnin həllini uzadır. Arayik Xandoyan aclıq aksiyası keçirməklə onların tələbini dərhal yerinə yetirməyi tələb edir. Faktiki olaraq, qruplaşmanın 3 üzvü yeni ili aclıq, soyuq və normal şəraitdən məhrum edilmiş kameralarda keçirəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aclıq-aksiyası   Keçmiş-döyüşçü  


Bizi "telegram"da izləyin