"Sarkisyan hakimiyyətə silah gücünə gəlib" - Hovhannisyan

2017/12/55001_555_343345345_1514618767.jpg
Oxunub: 407     15:23     30 Dekabr 2017    
"Jirayr Sefilyan 10 ildən artıq “Təsisçi parlament” qrupuna rəhbərlik edib. Bu dövrdə silahlı mübarizə və ya hazırlıq barədə heç bir danışıqlar olmayıb".

Ordu.az xəbər verir ki, bu barədə 1in.am saytına verdiyi müsahibədə "Ermənistan dövləti naminə" cəbhənin üzvü, aktrisa Tamar Hovhannisyan bildirib.

"Jirayr Sefilyan təmiz siyasi xadimdir. Bəzən elə olub ki, mütəmadi olaraq siyasi meydana və ya silahlı mübarizəyə qayıdırsınız. "Sasna Tsrer"in üsyanı da silahlı mübarizə olmayıb. Silahla onların əlində simvolik xarakter daşıyıb. Silah və qoşun hakimiyyətin əlindədir. Hazırda hakimiyyətdə olan prezident silahla hakimiyyətə gəlib.

Həmin vaxt 10 nəfər ölənlərin arasında polis də olub. Buna görə prezident də daxil olmaqla heç kim məsuliyyət daşımayıb. Əgər "Sasna Tsrer"in əlində onların Qarabağ savaşı dövründən 2 ədəd qırıq tüfəngləri varsa, bu o demək deyil ki, onlar silahlı mübarizə aparıblar. Jirayr Sefilyanın çağırışlarında silahlı mübarizə istisna edilməyib, əgər siz qeyd etdiyiniz kimi, bəzi xadimlərin Sefilyanın çağırışına qoşulmamaq, onların silahlı mübarizəyə razı olmadıqları mənasını verirsə,onlar dəhşətli yanlışlığa yol verirlər. Belə vəziyyətdə əgər kimin nə ilə məşğul olduğunu, kimin nə çağırış etdiyini ayıra bilmirlərsə, onlara siyasi xadim demək olmaz", - deyə aktrisa bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin