Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ müdafiə naziri Ceyms Mettis səsləndirib.
Hərbsizləşdirilmiş xətt Fərat çayının altından keçir. ABŞ rəhbərli koalisiya qüvvələri və onların suriyalı müttəfiqləri çayın şərq sahilində, Rusiyanın dəstəklədiyi hökumət qüvvələri isə Fəratın qərbində mövqe tutub.
“Rusiya qüvvələrilə bizim aramızdakı xətt heç vaxt pozulmayıb. Elə bir hal baş verməyib ki, bizim sorğumuza cavab verməsinlər, yaxud əksinə biz onlarınkını cavabsız qoyaq”, - deyə Mettis bildirib.
O əlavə edib ki, demarkasiya xətti üzərində əvvəllər bəzi problemlər olsa da, bunlar artıq həll edilib və koalisiya qüvvələrinin hökumət qüvələrinin nəzarətində olan ərazilərdəki İŞİD döyüşçüləri ilə mübarizə aparmasına gərək yoxdur.
Cenevrə görüşlərində BMT-nin rəhbərlik etdiyi həll prosesinin Bəşər Əsəd və ailəsindən müstəqil bir Suriyaya yol açacağını qeyd edən nazirin bir müddət öncə yazdığı məqalədə qeyd edilib ki, Pentaqon Suriyada ortaq maraqlar uğrunda Rusiya ilə birlikdə işləyəcək.
ABŞ planının Suriyanı bir neçə hissəyə ayıracağı ilə bağlı jurnalistlərin verdiyi suala Mettis xeyr cavabını verib.
Ağalar Ağalarlı
Ordu.az