Zakir Həsənov Rumıniya Müdafiə naziri ilə görüşüb

2017/12/3ba75eff98637127044110e697f5c5ad345_1514553075.jpg
Oxunub: 363     21:09     29 Dekabr 2017    
Azərbaycan ilə Rumıniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, dekabrın 29-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdan Rumıniyanın Milli Müdafiə naziri cənab Mihai-Viorel Fifor ilə görüşüb.

İşçi nahar zamanı keçirilən görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Rumıniya   MN   Zakir-Həsənov  


Bizi "telegram"da izləyin