Ermənistanda əsgər anası təhqir edildi - FOTOLAR

2017/12/26_4543648017.png
Oxunub: 619     19:58     29 Dekabr 2017    
Erməni əsgər xidmət yoldaşını öldürdüyünə görə 10 il həbs cazası alıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, keçən ilin mart ayında əsgər yoldaşı tərəfindən öldürülən erməni əsgəri Hovhannes Harutyunyanın valideynləri, ölüm işində şübhəli bilinən Mikayel Zakaryan haqqında məhkəmənin 10 il həbs qərarı verməsini çox yüngül cəza hesab edirlər.

Ölən erməni əsgərinin anası Lyuda məhkəmənin qərarından narazı olduğunu və daha ağır cəza verilməsi məqsədilə, yuxarı məhkəmə orqanına müraciət etdiyini bildirib.

Oğlunu həyatdan məhrum edən Mikayel Zakaryanın məhkəmədə onlara qarşı hörmətsizlik nümayiş etdirməsi, ölən erməni əsgərinin valideynlərini daha hiddətləndirib. O, başsağlığı verməməklə yanaşı, məhkəmədə ölən erməni əsgərinin anasına qələm atıb.

Erməni əsgər törətdiyi cinayəti aprel müharibəsində ölən digər erməni əsgəri Arman Andreasyanın üzərinə atmaqla, onun vurduğunu iddia edirdi. Daha sonra isə onun diversiya hücumu nəticəsində öldürüldüyünü deyirdi. Lakin bu iddiaların ilkin araşdırma zamanı yalan olduğu müəyyən edilib və cinayətin onun tərəfindən törədilməsi sübut olunub .

Məhkəmə ölən erməni əsgərinin kasıb olan valideynləri tərəfindən hər dəfə məhkəmə iclaslarında iştirak etmək üçün Əştərək rayonundan Qarabağa yol xərclərinin ödənilməsi ilə bağlı 880 min dramlıq mülki iddialarını rədd edib.

Rəsmi ittihama görə, Mikayel Zakaryan avtomatla bilərəkdən əsgər yoldaşı Hovhanes Harutyunyana atəş açıb. Bundan başqa digər erməni əsgərləri Samvel Zeynalyanla mübahisə edərək, ona bir yumruq zərbəsi endirib. Samvel Zeynalyan da ona qarşı zorakılıq edib.

Xatırladaq ki, Hovhanes Harutyunyan 2016-cı il martın 17-də saat 17:30 radələrində işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrindən birində öldürülüb.





Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin