Ordu.az Rusiya müdafiə nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistandakı rus hərbi bazasının kəşfiyyat bölmələri ekstremal şəraitdə fəaliyyət mövzusunda təlimlərə başlayıblar.
Təlimlərə 300-dən hərbi qulluqçu, 100-dək hərbi texnika, o cümlədən “Streles” və “Azart” kəşfiyyat və rabitə kompleksləri cəlb edilib.
Təlimlərdən öncə hərbi qulluqçular əlbəyaxa döyüş, qumbaraatma bacarıqlarını mənimsəyiblər. Hərbi qulluqçular təlim zamanı döyüş meydanında daha çox rast gələ biləcəkləri maneələri dəf edəcəklər.
Təlimlərdə real döyüş şəraitinə uyğun silahlı kəşfiyyatçıların gizli hərəkət bacarıqlarının möhkəmləndirilməsinə daha çox diqqət yetiriləcək. Döyüş şəraitinə yaxın vəziyyət yaradılması üçün imitasiya vasitələrindən istifadə ediləcək.
Alpər Mövludoğlu
Ordu.az