Azərbaycanın reaktiv artilleriyasını bu mənada xüsusilə fərqləndirə bilərik. Azərbaycan Ordusunun silahlanmasında bu silahın ən müasir, müxtəlif və güclü nümunələri yer alır. Onların güclü tərəfi yalnız dağıdıcı güclərində deyil, həm də mobilliklərində, daimi döyüş hazırlığı və düşməndən uğurla gizlənərək yeni mövqe alaraq həmin ərazidən atəşə aça bilmə bacarığındadır. Məsələn, Azərbaycan Ordusunun böyük dağıdıcı gücə malik 300 millimetrlik “Smerç” reaktiv yaylım atəşi sistemlərini qeyd etmək olar. Koordinatların alınmasından sonra “Smerç”in döyüşə hazır vəziyyətə gətirilməsi 3 dəqiqə çəkir, 38 saniyə ərzində tam yayım hazırlanır və bu müddət ərzində 12 iri çaplı raket hədəfə doğru istiqamətlənir. Atışdan sonra batareya bir dəqiqədən sonra marş üçün hazır olur, bu isə onlara cavab zərbəsindən operativ şəkildə yayınmağa imkan verir. Atışın malsimal uzaqlığı 120 kilometr (minimal isə 20 kilometr) təşkil edir və bu, silahı rəqibin müdafiəsini yararaq operativ taktiki dərinlikdə ona zərbə endirməyə şərait yaradır. Raket tərkibinin geniş nomenklaturası qəlpə-fuqasdan istilik mərmilərinə qədər geniş spektri əhatə edir, bu isə onlarla həm piyada qoşunlarını və zirehli texnikanı, həm də bərkidilmiş meydançalara zərbələr endirmək imkanı qazandırır.
Oxşar sözləri “Smerç”lə eyni kalibrə malik, 2010-cu ildə Azərbaycan tərəfindən alınan, Türkiyənin T-300 “Qasırqa” sistemləri və İsrailin “Lynx Extra” raket sistemləri haqqında da demək olar. Onlar düşmən hədəflərinin 100-180 kilometr məsafədə məhv edilməsi üçün nəzərdə tutulub. Bu məsafə və hədəflərin dəqiqliklə vurulması Azərbaycan Ordusunun rəqibin bir neçə müdafiə qatını və ən müxtəlif hədəflərini məhv etməyə qadir gücə malik olduğunu ifadə edir.
9K57 “Uraqan” zamanla sınaqdan çıxarılan, özünü Əfqanıstan döyüşlərində yaxşı tərəfdən göstərən 220 millimetrlik reaktiv yaylım atəşi sistemləridir. Azərbaycan Ordusu üçün oxşar dağlıq ərazi şərtlərini nəzərə aldıqda, bu, münasib YRAS-dır. Raket kompleksinin döyüş hissəsi və daşınan maşını ZİL-135LM yük avtomobilinin dəyişdirilmiş şassisi üzərində quraşdırılıb. Bir döyüş maşının yaylımındakı mərmilərin sayı 16-dır və bir saniyədə 20-si atılır. Bu müddət ərzində 4,5 ton metal və alov düşmənin başına tökülərək onun canlı qüvvələsini, texikasını və tank rotalarını, artilleriyası, rabitə bağlarını, qoşunları toplaşdığı əraziləri və s. məhv edir. Bunun üçün həmin hədəflərdən 35 kilometr məsafədə yerləşmək kifayət edir.
Azərbaycan Ordusunun reaktiv artilleriyasının güclü tərəflərindən biri onun yalnız uzaq deyil, həmçinin rəqibin irəlidəki qüvvələrinə və yaxınlıqdakı ehtiyat qüvvələrinə zərbə endirməyə qadir olmasındadır. Rusiyanın TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri məhz bu cəhətdən güclüdür. Azərbaycan Ordusunun silahlanmasında T-72 tankının bazasında 24 belə maşın var. Onun çəkisi 46 tondur, 220 millimetrlik istilik raketləri ilə təchiz edilən 24, yaxud 30 idarəolunan kasetə malikdir. Bir yaylımı 400 kvadrat metr ərazini örtməyə qadirdir, istilik döyüş sursatı isə 3000 dərəcə Selsiyədək temperatur yaradır. Atış məsafəsi 6 kilometrdir, maksimal yayınma isə 10 metr təşkil edir.
“Solntsepyok”un hədəfləri bunkerlər, möhkəmləndirilən mövqelər, bir yerlə toplaşmış canlı qüvvə və texnikadır. Odsaçan qurğu yüngül zirehli avtomobil texnikasının sıradan çıxarılması, qurğu və binaların dağıdılması, düşmənin canlı qüvvəsinin məhvi üçün nəzərdə tutulub. Bununla belə, yaylımın maksimal tempi 6 saniyədən 12 saniyəyədək təşkil edir, bu isə onun effektivliyini artilleriya batareyasının davamlı atəş həmləsi ilə müqayisə etməyə imkan verir. Hərəkət edən maşın yaylımdan dərhal sonra yeni mövqeyə keçə bilər, bu isə ona düşmənin cavab zərbəsindən yayınmaq imkanı qazandırır. “Solntsepyok”un maksimal sürəti saatda 65 kilometr təşkil edir.
İstilik döyüş sursatlarının artırılmış gücü onların geniş partlayışlarının effektini artırmağa imkan verir. Azərbaycan döyüş əməliyyatları teatrı şərtlərində bu, dağlarda “Solntsepek” raketlərinin partlayış dalğalarının qayalar tərəfindən əks olunması və dəfələlərlə üstü-üstə yığılması deməkdir. Yandırılan oksigen, bunun ardınca isə təzyiq dalğası canlı olan hər şeyi məhv edir...
Bu yaxınlarda Azərbaycan tərəfindən əldə edilən Çexiyaın RM-70 reaktiv yaylım atəşi sistemi dünyada yetərincə məşhurdur – o, Çexiya, Slovakiya, Polşa, Liviya, Zimbabve, Anqola, Konqo, Ekvador, Finlandiya, Gürcüstan, Yunanıstan, İndoneziya, İran, Şri-Lanka, Uruqvay, Uqanda və s. kimi ölkələrin ordularının silahlanmasında yer alır. Bu, Çexiya silahına böyük tələbat olduğunu göstərir və belə təlabat təsadüfi deyil: 40 ədəd idarə olunan raket – qəlpə-fuqas reaktiv mərmili döyüş başlığı güclü silahdır.
İsrail istehsalı olan LAR-160 reaktiv yaylım atəşi sistemi isə 160 millimetrlik kalibrə və 100 kiloqram çəkiyə malik 36 raketə malikdir. Minimal atəş məsafəsi 7-8 kilometr, maksimal atəş məsafəsi isə 45 kilometrdir. 18 saniyə ərazində rəqibin üzərinə 3,5 ton çəkidə dəmir və partlayıcı maddələr tökülür. Azərbaycan Ordusu ilə yanaşı Argentina, Venesuela, Gürcüstan, Ruanda, Çili kimi ölkələr bu silahı seçiblər. Bu isə dünya bazarında ona yüksək tələbatın olduğunu göstərir.
...Sonda qənaətə gəlmək olar ki, Azərbaycan Ordusunun reaktiv artilleriyası ən müasir, güclü, dəqiq, uzaqmənzilli və dağıdıcı reaktiv yaylım atəşi sistemlərindən ibarətdir. Ölkəmiz bu silahın müxtəlif ölkələr tərəfindən istehsal edilən ən yaxşı nümunələrini seçməklə öz silahlanmasına əlavə edib. Bununla da, hərbi potensialını – həm müdafiə, həm də hücum qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa nail olub. Şübhəsiz ki, “Katyuşa”ların çoxsaylı müasir Azərbaycan sələfləri döyüş meydanında “qrad” atəşi və göydən metal tökməklə, düşmənə dağıdıcı zərbə vurmaq və onları qaçmağa məcbur etməklə öz sözünü deməyə qadirdir.
Teymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az