Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gümrüdəki rus hərbi bazasının hərbi qulluqçusu Dmitri Yalpayevin öldürülməsi faktı üzrə cinayət işi yekunlaşıb.
Yekun ittihama görə, özünü İŞİD terror qruplaşmasının tərəfdarı kimi təqdim edən Arman Cancuqazyan, istintaq tərəfindən müəyyən edilməyən naməlum şəxslərin köməyi ilə, dini fanatizm baxışlarından irəli gələrək 2017-ci il aprelin 22-də saat 17:30 radələrində rus hərbi bazasının hərbi qulluqçusu, 21 yaşlı Dmitri Yalpayevə bıçaqla xəsarət yetirib.
Zərərçəkən hərbi qulluqçu aldığı bıçaq yaraları nəticəsində ölüb. Arman Cancuqazyan həbs edilib.
Cinayət işinə Şirak vilayət məhkəməsində baxılır.
Alpər Mövludoğlu
Ordu.az