Vigen özünün və Karapetyanın adından Sarkisyana gizli təklif edib: “Uzaqlaş və mane olma”

2017/12/01-47345345_1514376339.jpg
Oxunub: 389     20:05     27 Dekabr 2017    
“Uzaqlaş və mane olma”.

Bu sözləri ötən gün Ermənistan müdafiə naziri Vigen Sarkisyan 2018-ci ildə baş nazir postuna hakimiyyət tərəfindən Serj Sarkisyanın təyin olunması qərarını şərh edərkən bildirib.

O bildirib ki, istənilən halda parlamentdə böyük əksəriyyətin etimadına sahib olan komanda və ya şəxslər, bu böyük əksəriyyətin verdiyi qərarlar və onların keyfiyyətli icrası qarşısında məsuliyyət daşımalıdırlar.

Vigen Sarkisyanın çoxşaxəli cavabı kifayət qədər “maraqlı” alınıb. O, faktiki olaraq Serj Sarkisyan prezident vəzifəsindən sonra baş nazir vəzifəsini tutmayaraq de-yuro hakimiyyətdən gedərsə, apreldən sonra Ermənistanda yarana biləcəyi ehtimal olunan vəziyyətlərdən biri haqqında danışır. Bu halda Ermənistanda hakimiyyət de-fakto Melik Adamyanın və ya hakim Respublikaçıların siyasi burosu ətrafında cəmləşəcək.

Şübhəsiz ki, Serj Sarkisyan partiya sədri olaraq uzun müddət hakimiyyət üzərində təsirini saxlaya biləcək. Hakimiyyət uğrunda mübarizə Melik Adamyana ötürüləcək. Vigen Sarkisyan dövlət institutları, parlament əksəriyyət çoxluğu, bu böyük əksəriyyəti formalaşdıran hakimiyyət olduğu halda qərarların tam başqa yerdə qəbul edilməsinin yolverilməz olduğunu hesab edir.

Vigen Sarkisyan bu vəziyyəti qəbuledilməz saymaqla nə təklif etməsi maraqlıdır. O, Serj Sarkisyana partiya sədri vəzifəsində de-yuro hakimiyyət qurumlarını və dövlət idarəetməsini gizli tərəf qismində əvəzləməyi təklif edir. Əks təqdirdə, Serj Sarkisyana hakimiyyətdə qalmaqla qərarların qəbul olunması vahid orqan əlaqəsini qırılmaması üçün de-yuro və de-fakto hakimiyyəti birləşdirməyi təklif edir.

Digər tərəfdən, Vigen Sarkisyan parlament çoxluğunu formalaşdıran, seçki qabağı dönəmdə bu say çoxluğuna liderlik edən adamlar haqqında danışır. Burada isə mənzərə aydındır. Seçki qabağı kompaniya zamanı siyahıya başçılıq edən Vigen Sarkisyan, aparıcı lider isə Karen Karapetyan olub. “Şant” televiziyasına verdiyi müsahibədə Vigen Sarkisyan, Karen Karapetyanın ailəsi ilə yaxın münasibətlərindən danışarkən, baş nazir və nazir arasında şəxsi münasibətlərinin gərgin olmasından danışmaq, bunun üzərində oynamağın yolverilməz olduğunu qeyd edirdi.

Doğrudanmı, Vigen Sarkisyan özü və baş nazir adından Serj Sarkisyana uzaqlaşmaq və onlara apreldən sonra vəzifə borclarını yerinə yetirməyə mane olmamağı irəli sürür, yoxsa hakimiyyətdə qalmaq və onlarla birlikdə, bərabər şəkildə hakimiyyət üçün de-yure məsuliyyəti bölməyi təklif edib?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vigen-Sarkisyan   Eermənistan  


Bizi "telegram"da izləyin